• Ana səhifə
  • Şəki haqqında
  • CDMA
  • Linklər
  • Əlaqə
 

Şəki TKQ

  • Nizamnamə
  • Rəhbərlik
  • Xronika
  • Şərəf lövhəsi
  • Foto albom
  • Yeni şəbəkə
  • Şəki Toll
  • Tariflər
  • Servis xidmətləri
  • Telefon rabitəsindən istifadə
  • Texniki personalla əlaqə

İnternet

  • ADSL xidməti
  • Dial-up xidməti
  • Ayrılmış xətt

 

Şəki Telekomunikasiya Qovşağı

Şəki şəhər telekommunikasiya qovşağının kollektivi də ölkəmizin bütün rabitəçiləri kimi göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək sayəsində mühüm işlər görmüşdür.

Rayon telekommunikasiya qovşağına xeyli müddətdir ki təcrübəli rabitəçi Məhəmməd Əhmədov rəhbərlik edir.

Şəkidə 1963 - cü ilin oktyabr ayında 2000 nömrə olan ilk ATS quraşdırılmışdır. Həmin dövrdən başlayaraq rayonda avtomat telefon  stansiyalarının şəbəkəsinin genişləndirilməsi başlanılmışdır. Əsasən telefon rabitəsinin sürətli inkişafı 1997 - ci ildən sonra baş vermişdir. Rayonda telefon rabitəsi ilə məşğul olan Telekommunikasiya Qovşağı 1996 - cı ildə 6 saylı telefon rabitəsi istismar Qovşağının bazasında yaradılmışdır.

1997 - ci ilin sonlarından Şəki telekommunikasiya qovşağı müasir və dünya standartları səviyyəsində fəaliyyət göstərən bir xidmət müəssisəsinə çevrilmişdir.

ardı
 

        

Son xəbərlər :

Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) 2009 - 2010 - cu illər üçün “Qlobal informasiya texnologiyaları” (The Global Information Technology Report 2009 - 2010) adlı illik hesabatını dərc edib.

Hesabata əsasən Azərbaycan “şəbəkə hazırlığı indeksinə” görə (Networked Readiness Index 2009 - 2010, NRI) dünya ölkələri arasında 64 - cü yerdədir və bütün MDB ölkələrini geridə qoyaraq regiondakı lider mövqeyini saxlayıb.

Qeyd edək ki, reytinqdə Azərbaycan nəinki MDB dövlətlərini, həmçinin Türkiyə (69 - cu yer), Polşa (65 - ci yer), Misir (70 - ci yer), Meksika (78 - ci yer) kimi ölkələri də qabaqlaya bilib. MDB ölkələrindən Rusiya 80 - ci, Kazaxıstan 68 - ci, Ukrayna 82 - ci, Gürcüstan 93 - cü, Ermənistan isə 101 - ci yerdə olublar.

Hesabatda dünyanın 133 dövləti əhatə olunub. Sənədin tərtibatçıları xüsusi olaraq qeyd ediblər ki, Azərbaycan NRI reytinqinin ilk yarısına düşən yeganə MDB ölkəsidir.

Siyahının birinci pilləsində Sinqapuru və Danimarkanı geridə qoyaraq ilk dəfə İsveç yer alıb. Reytinqin dördüncü və beşinci mövqelərinin sahibləri isə müvafiq olaraq İsveçrə və ABŞ - dır. Həmçinin WEF - in budəfəki hesabatında ayrıca olaraq əhalinin gəlir səviyyələrinə əsasən ölkələrin “şəbəkə hazırlığı” siyahısı da tərtib olunub. Eyni gəlir səviyyəli ölkələr arasında Azərbaycan 6 - cı pillədə yer alıb.

ardı

Copyright © 2011, All rights reserved.